Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd olunub.

12.06.2021


İyunun 12-də Cəlilabad rayon Alar kənd Mədəniyyət evinin sənət kollektivi 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Anam Azərbaycan" adlı onlayn konsert proqramı təqdim edib.
Tədbirin aparıcısı Nəriman Cəfərov əvvəlcə virtual izləyiciləri salamlayıb və milli qurtuluşumuzun növbəti ildönümü münasibətilə xalqımızı təbrik edib. Sonra Alar kənd Mədəniyyət evinin ansambl üzvləri, xor kollektivi, eləcə də yerli incəsənət ustalarından Əli Əliyev, Elvin Mirzəyev və Elaydın Qarazadə könülaçan ifaları ilə izləyicilərə musiqi ərməğanı bəxş ediblər.
Xatırladaq ki, musiqili tədbir sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.