Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda konsert tədbirləri.

13.06.2021


İyunun 13-də Cəlilabad rayon Qarazəncir kənd Mədəniyyət evinin sənət ustaları 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Vətənimin xilaskarı" adlı onlayn konsert proqramı ilə çıxış ediblər.
Aparıcı İlqar Abdullayev izləyiciləri salamlayaraq əlamətdar tarixi günlə bağlı xalqımızı təbrik edib, sonra tədbirdə ilk musiqi nömrəsini səsləndirib. Sonra digər mədəniyyət işçiləri Minəxanım Zeynalova və İsmayıl İbadov şən, bayram əhvali-ruhiyyəli musiqilər ifa ediblər.
Tədbirin təşkilatçısı Mədəniyyət evinin direktoru İ. Abdullayev, musiqi tərtibatçısı isə Rəşad İmanovdur.
Onlayn tədbir sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.