Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”15 İyun - Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.

04.06.2021


4 iyun tarixində Masallı Rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “15 iyun - Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.
İlk olaraq, Ulu öndər Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva əvvəlcə tədbir iştirakçılarını salamlayıb. O, çıxış edərək Ulu öndər Heydər Əliyevin şəxsiyyəti, dahi siyasi liderliyi və dövlət quruculuğundakı rolu barədə danışıb. D. İbayeva həmçinin Ulu öndər Heydər Əliyevin XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəmizin siyasi-ictimai həyatında böyük tarixi uğurlara imza atdığını, 90-cı illərin birinci yarısında Azərbaycanı parçalanmaqdan xilas etdiyini qeyd edib.
Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə Ulu öndərin Azərbaycan dövlətinə müxtəlif sahələrdə verdiyi töhfələr və xalqımız qarşısındakı xidmətləri haqda söz açıb. G. Vəkilzadə Ulu öndər Heydər Əliyevin müasir ordu quruculuğunun əsasını qoyduğunu qeyd edib. Əlavə olunub ki, bəhs olunan siyasi-hərbi kursun inkişaf etdirilməsi nəticəsində tarixi torpaqlarımız işğaldan azad edilib. Çıxışının sonunda G. Vəkilzadə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı müzəffər ordumuz tərəfindən qazanılmış şanlı Zəfər ölkə başçısının yürütdüyü siyasətin uğurlu nəticəsidir.
Tədbir çərçivəsində Masallı Dövlət Regional​ Kollecinin direktor müavini Dilarə Hüseynova Ulu öndər Heydər Əliyevin təhsil sistemində apardığı islahatlar və onun müsbət nəticələri haqqında danışıb. O, bununla yanaşı Ümummilli lider Heydər Əliyevin fədakar əməyi, xalqına, vətəninə sonsuz məhəbbətindən söhbət açıb. Sonda D. Hüseynova Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə Heydər Əliyev ideyalarını yaşatdığını, inkişaf etdirdiyini qeyd edib.