Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində uşaqlar üçün ekskursiyalar təşkil edilib.

01.06.2021


İyunun 1-də R. Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqlar üçün ekskursiyalar təşkil edilib.
Ekskursiyalarda rayonun bir sıra ümumtəhsil məktəblərinin kiçik yaşlı şagirdləri iştirak ediblər. Muzey əməkdaşları gün ərzində Muzeyi ziyarət edən balaca qonaqları müşayiət edib, onlara maraqlı olan eksponatlar barədə ətraflı məlumatlar veriblər.