01.06.2021
İyunun 1-də Cəlilabad şəhər 3 və 4 saylı klubları kollektivlərinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqlar bizim gələcəyimizdir" adlı onlayn konsert proqramı keçirilib.
Tədbirin aparıcısı Xeyrulla Şahbazov konsert izləyicilərini salamlayıb və əlamətdar gün münasibətilə uşaqları təbrik edib.
Tədbirdə əvvəlcə şəhər 3 və 4 saylı klublarının əməkdaşlarından Taleh Şahmuradov, Kamran Tağıyev və Orxan Hüseynlinin rəngarəng musiqi ifaları izləyicilərə xoş əhvali-ruhiyyə bəxş edib. Sonra Cəlilabad şəhər 3 saylı və Kazımabad kənd məktəbəqədər təhsil müəssisələrinin fidanları maraqlı rəqs ifaları ilə fərqləniblər.
Musiqili tədbir sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.