Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”AXC - Müasir dövlətçiliyimizin təməlidir” mövzusunda tədbir keçirilib.

27.05.2021


Mayın 27-də Masallı Rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Göyəçöl kənd tam orta məktəbinin müəllimləri və kənd ərazi nümayəndələri kənd ərazisindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra rayon Heydər Əliyev Mərkəzi və adıçəkilən təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə "AXC - Müasir dövlətçiliyimizin təməlidir" mövzusunda tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin akt zalında keçirilən tədbiri müəssisə rəhbəri Əsmər Əzimzadə giriş nitqi ilə açıb. O, tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib, tarixi günlə bağlı qısa məlumat verib. Ə. Əzimzadə birgə əməkdaşlığa görə Mərkəzin kollektivinə təşəkkür edərək, sözü müəssisə direktoru Dilbər İbayeva və əməkdaş Gülcahan Vəkilzadəyə verib.
D. İbayeva çıxış edərək belə tədbirlərin keçirilməsinin milli ruhun qorunmasında mühüm rolunu qeyd edib, eyni zamanda Azərbaycanın dövlətçilik ənənələrinin təməlində sülh, insan faktoru, müstəqilliyimizin əbədiliyi və bütöv Azərbaycanın dayandığını vurğulayıb.
G. Vəkilzadə mövzuya həsr olunmuş məruzə ilə çıxış edib. Daha sonra şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar, rəsmlər nümayiş etdirilib, mahnılar və şeirlər dinlənilib.
Sonda məktəbin direktoru Ə. Əzimzadə Mərkəzin kollektivini Göyəçöl məktəbi və şagirdlərlə tanış edib.