Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Musaküçə kənd Sənətkarlıq evində konsert proqramı.

27.05.2021


May ayının 27-də Masallı Rayon Mədəniyyət Mərkəzi tabeliyində fəaliyyət göstərən Musaküçə kənd Sənətkarlıq evi kollektivinin konserti baş tutub.
28 may - Respublika Günü ilə əlaqədar keçirilən musiqi proqramında musiqiçi Füzuli Tağıyevin rəhbərlik etdiyi sənət kollektivi maraqlı musiqi nömrələri ifa edib. Bədii qiraət ustası Ziyafət Hüseynovun ifasında əlamətdar günlə bağlı şeir parçaları səsləndirilib.
Konsert tədbiri müəssisə rəhbəri Bəhram Abuşovun dəstəyi ilə təşkil edilib.
Video material