26.05.2021
Mayın 26-da Masallı Rayon Mərkəzi Kitabxanasında 28 may - Respublika Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Kitabxananın şöbə müdiri Gülər Piriyeva 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını ölkəmizin ictimai-siyasi həyatında böyük tarixi hadisə olduğunu bildirib. Qeyd olunub ki, müsəlman şərqində ilk müstəqil, azad, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli şüurunu özünə qaytarıb, öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub. Əlavə edilib ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin
100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Sonda xalqımız Cümhuriyyətin yarandığı 28 may tarixini hər il milli bayram kimi qeyd olunduğu vurğulanıb.