Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Respublika Günü ilə əlaqədar onlayn konsert proqramları keçirilir.

26.05.2021


Mayın 26-da Cəlilabad rayon Alar kənd Mədəniyyət evinin kollektivi 28 may - Respublika Günü ilə əlaqədar "Vətənim, canım mənim!" adlı onlayn konsert proqramı təqdim edib.
Proqramın aparıcısı Bilal Alarlı tədbiri açaraq əlamətdar tarixi gün münasibətilə izləyiciləri təbrik edib. Sonra növbə musiqi ifalarına verilib. Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Əli Əliyev, uşaq folklor və "Həməşəra" ansamblları, eləcə də müəssisə kollektivinin digər üzvləri maraqlı və rəngarəng musiqi proqramı ilə çıxış ediblər.
Sonda Mədəniyyət evinin direktoru Ədalət Məmmədov saz alətində aşıq musiqiləri ifa edib.
Konsert tədbiri sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.