Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib.

24.05.2021


Mayın 24-də Masallı Rayon Heydər Əliyev Mərkəzində könüllü olaraq fəaliyyət göstərəcək gənclərlə görüş keçirilib.
Müəssisə rəhbəri Dilbər İbayeva könüllüləri salamlayaraq Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəz haqqında məlumat verib. O, qeyd edib ki, Mərkəz Ümummili lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.
D. İbayeva könüllülərin hüquq və vəzifələri, onların cəlb olunduğu sahə və görüləcək işlər barədə də məlumat verib.