Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində ”Açıq qapı” günləri keçirilir.

18.05.2021


Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mərkəzdə “Açıq qapı” günləri keçirilir.
Mayın 18-də Masallı rayonunun bir sıra ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri Mərkəzdə sözügedən tədbir çərçivəsində təşkil edilən ekskursiyada iştirak ediblər.
Mərkəzin əməkdaşları məktəbliləri Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış ediblər.
Sonda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.