Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda müharibə iştirakçıları Ramazan bayramı münasibətilə ziyarət olunub.

10.05.2021


Mayın 10-da Cəlilabad Rayon Mədəniyyət Mərkəzi və Əliqasımlı kənd Mədəniyyət evinin rəhbərliyi, rayon sakini Nəsimi Ağayevin iştirakı və maddi dəstəyi ilə Vətən müharibəsində igidliklə döyüşərək yaralanmış Teymur Mirzəyev, İsmayıl Hüseynov, Hasil Mehdizadə, Xəyyam İsmayılov, Murad Məhərrəmov və Emin Şəbiyev ziyarət olunub. Mədəniyyət işçiləri hazırda tibbi müəssisədə müalicə olunan digər müharibə iştirakçıları Müşfiq Raufoğlu və Nurlan Tağıyevin ailəsinə də baş çəkiblər.
Mədəniyyət işçiləri görüşlər zamanı qaziləri Ramazan bayramı münasibətilə təbrik edib, qayğıları ilə maraqlanıb, onlara bayram sovqatı təqdim ediblər.