Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda onlayn mədəniyyət tədbirləri keçirilib.

09.05.2021


Mayın 9-da Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin nəzdindəki Xalq teatrının Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar onlayn tamaşa-kompozisiyası nümayiş olunub. Teatr kollektivinin budəfəki səhnə işi Nizami Gəncəvinin "Xeyir və Şər" poeması əsasında hazırlanmış eyniadlı kompozisiya olub.
Tamaşada xeyir və şərin əbədi mübarizəsi aktyorların ifasında ustalıqla əksini tapıb.
Mayın 10-da isə rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Proqram ərzində Mərkəzin solistləri və instrumental musiqiçilər maraqlı ifalarla yadda qalıblar.
Tədbirlər sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.