Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda keçirilən rəsm müsabiqəsinə yekun vurulub.

08.05.2021


Mayın 8-də Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası və bir sıra yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinə yekun vurulub.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" adlı müsabiqədə gənc rəssamlar və istedadlı məktəblilər iştirak ediblər.
Müsabiqə qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.