Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ramazan bayramı münasibətilə şəhid ailələri ziyarət olunub.

10.05.2021


May ayının 10-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi və tabe müəssisələrin rəhbərləri Göytəpə şəhərində şəhid ailələrini ziyarət ediblər.
İdarə rəisi Bəxtiyar Qılıncov və müəssisə rəhbərləri şəhər mərkəzində şəhid Murad Nəbi oğlu Səlifov, Vüsal Sərhədxan oğlu Cəfərov, Vüqar Sadıq oğlu İbadov və Elçin İlqar oğlu İsmayılovun ailələrini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar sovqatla ziyarət ediblər.
İdarə rəisi ailələrlə görüşləri zamanı onları Ramazan bayramı münasibətilə təbrik edib. Rəis şəhid valideynləri ilə söhbətlərində övladlarının ruhuna dərin ehtiramını ifadə edib, onlara səbir diləyib, dərdlərinə şərik olduğunu bildirib. O, eyni zamanda ailələrin sosial qayğıları ilə də maraqlanıb.
Şəhid ailələri ilə görüşlərdə valideynlər tərəfindən şəhid övladlarının şəxsi əşyaları idarə tabeliyindəki muzey müəssisəsinə xatirə olaraq verilib. İdarə rəhbərliyi əşyalara görə ailə üzvlərinə təşəkkür edib, onların muzeyin xüsusi guşəsində mühafizə olunacağını deyib.