Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Böyük Vətən Müharibəsinin 76-cı ildönümü ilə bağlı tədbir keçirilib.

08.05.2021


Mayın 8-də Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İgid babaların qəhrəman nəvələri“ adlı onlayn tədbir keçirilib. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri, yerli ziyalılar, müharibə iştirakçıları, ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak ediblər.
Əvvəlcə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirə dəvət edilən qonaqları təqdim edib. Sonra Şuşanın azad edilməsi əməliyyatında iştirak edən qəhrəmanların şücaəti barədə danışıb və ərazi bütövlüyümüzün təmin olunmasına görə onların hər birinə borclu olduğumuzu bildirib. O, həmçinin qazanılan zəfərin xalqımızın birliyinin nəticəsi olduğunu, yenicə işğaldan azad edilən torpaqlarda yeni infrastruktur və bərpa işlərinin aparılması prosesinə xalq olaraq dövlətə gərəkli dəstəyin verilməsinin vacibliyini vurğulayıb.
Sonra tədbirdə çıxış edən rayon Ağsaqqalar Şurasının sədri Əliəşrəf Mehdiyev və rayon ziyalısı Məmmədağa Şiriyev qələbənin qazanılmasında Prezidentin hərbi-siyası strategiyası, döyüşlər zamanı xalqın birlik nümayişinin rolunu qeyd ediblər.
Sonra hər iki müharibədə iştirak etmiş Saleh Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, əslən Şuşadan olan təhsil işçisi Rafiq Abbasov mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.