Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı növbəti tədbir keçirilmişdir.

07.05.2021


Mayın 7-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı rayon nümayəndəliyinin və mərkəzin birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət” sənədli filminin nümayişi keçirilib.
İlk öncə, tədbirdə çıxış edən mərkəzin direktor vəzifəsini icra edən Aqil Ağayev Ulu öndər Heydər Əliyev irsinin mahiyyəti, Ulu rəhbərin keçdiyi çətin və şərəfli həyat yolu, ölkəmizdə yürüdülən doğru siyasətin müsbət nəticələri barədə danışıb.
Daha sonra tədbirdə çıxış edən mərkəzin əməkdaşları, GİKM-in Yardımlı rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səfail İbişli və gənc təcrübəçilər Ulu öndərin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri haqqında bəhs ediblər.
Çıxışlar yekunlaşdıqdan sonra “Dahi şəxsiyyət” sənədli filminin nümayişi keçirilib.