Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər.

04.05.2021


Mayın 4-də Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonundakı mədəniyyət müəssisələrinin rəhbər işçiləri və müvafiq sahə üzrə yerli həmkarlar təşkilatının nümayəndələri Ramazan ayı ilə əlaqədar Vətən müharibəsi şəhidlərindən Tural Elşən oğlu Aslanov, Cavid Əlikömək oğlu Sahratov və Saleh Rzaxan oğlu Səfərovun ailələrini müvafiq olaraq rayonun Çayüzü, Əsədabad və Ünəc kəndlərində ziyarət ediblər.
Ziyarətlər zamanı mədəniyyət işçiləri ailələrə Ramazan sovqatları təqdim edib, sosial qayğı və problemləri ilə maraqlanıblar. Daha sonra şəhidlərin məzarları ziyarət olunub.