30.04.2021
Aprelin 30-da Masallı Rayon Heydər Əliyev Mərkəzində "Dəmir Yumruq" sənədli filmi növbəti dəfə nümayiş olunub. Karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilmiş film nümayişində Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.
Filmin nümayişinə başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filmin nümayişinə başlanılıb.