Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadlı mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər.

03.01.2021


Yanvarın 3-də Cəlilabad rayonunun Bayxanlı kəndindəki mədəniyyət müəssisəsinin əməkdaşları rayonun Şərbətli kəndində yaşayan şəhid Rəvan Məmmədovun ailəsini ziyarət ediblər.
Eyni tarixdə rayonun Moranlı kəndindəki mədəniyyət müəssisəsinin əməkdaşları isə adıçəkilən kənddə yaşayan şəhid Xalid Qasımovun ailəsini ziyarət ediblər.
Mədəniyyət işçiləri hər iki ailəyə maddi yardım göstərib, qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, şəhid X. Qasımov döyüşlərdə göstərdiyi hərbi şücaətə görə Prezidentin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.