Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Vətən müharibəsi iştirakçısı Teymur Mirzəyevi ziyarət ediblər.

02.01.2021


Yanvarın 2-də Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonundakı mədəniyyət müəssisələrinin rəhbərləri rayon sakini, qazi Teymur Mirzəyev ziyarət ediblər.
T. Mirzəyev müharibənin başlandığı ilk günlərdə döyüşlərə qatılıb, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətlərində düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib. O, sentyabrın 28-də Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanıb. T. Mirzəyev hərbi əməliyyatlar zamanı xüsusi igidlik göstərərək bir çox əsgər yoldaşlarını düşmənə əsir düşməkdən xilas edib.
Cəbhədəki igidliyinə görə T. Mirzəyev bu yaxınlarda Prezidentin müvafiq Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.