Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Regional Mədəniyyət İdarəsində həftənin yekunlarına həsr olunmuş videokonfrans keçirilib.

11.09.2020

Sentyabr ayının 11-də Masallı Regional Mədəniyyət İdarəsinin həftə ərzindəki fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. Onlayn iclasda regional mədəniyyət idarəsinin rəisi, Aparat əməkdaşları və idarənin tabeliyində fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Videokonfransda çıxış edən idarə rəisi Lətifə Mövsümova şəbəkənin tərkibində olan müəssisələrin fəaliyyətini bir neçə istiqamət və meyarlar üzrə nəzərdən keçirib, həmçinin qarşıda görülməsi zəruri olan işlər barədə danışıb. Qeyd olunub ki, pandemiya və onun doğurduğu mövcud vəziyyətlə əlaqədar mədəniyyət sferasındakı fəaliyyət hazırkı qaydada aparılmalı, müəssisələr videoçarxların və digər onlayn materialların hazırlanmasını davam etdirməlidirlər. Rəis L. Mövsümova videomateriallar hazırlanan zaman keyfiyyət amilinə diqqətin artırılmasının vacibliyini, eyni zamanda videoçarxlarda müxtəlif mövzulara müraciət olunmasını, məzmun baxımından çeşidliliyin gözlənilməsini bir daha xatırladıb.

L. Mövsümova regional mədəniyyət idarəsinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə qarşıdakı yeni dərs ili ilə əlaqədar tədris prosesində tətbiq olunacaq bəzi yeniliklər, o cümlədən müəyyən qaydalar barədə məlumat verib və yeniliklərin regionun bütün təhsil müəssisələrində tətbiq olunması haqda tapşırıqlar verib.

İdarə rəisi müəssisələrin dezinfeksiya olunması, həssas sosial təbəqədən olan insanlara ərzaq sovqatlarının aparılması və həftə ərzində görülmüş digər işlərə də nəzər yetirib və bütün bunları müsbət qiymətləndirib. O, bu kimi tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu müəssisə rəhbərlərinin diqqətinə çatdırıb.

Rəhbərliyin tapşırıq və tövsiyələrindən, həmçinin maraq doğuran sualların cavablandırılmasından sonra videokonfransa yekun vurulub.