25.01.2018
25 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında “Sağlamlığımızı qoruyaq, siqaretə yox deyək!” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kitabişləmə və komplektləşdirmə şöbəsinin işçisi Nahidə Fərəcova siqaretin insan sağlamlığına zərərindən danışaraq bu maddələrin həm asılı fərdin orqanizminə, bütövlükdə isə cəmiyyətə ziyan vurduğunu bildirdi. O, əhali arasında siqaretdən istifadənin kütləvi şəkildə yayılmasının qarşısının alınmasında Səhiyyə Nazirliyinin digər dövlət qurumları ilə birgə həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.