Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin dönüş nöqtəsi

12.06.2020

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüşü ilə Milli Qurtuluş Günü ilə əlaqədar məktəblilərlə virtual görüş təşkil edilib.

12 iyun tarixində Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar məktəblilərlə virtual görüş keçirilib. Videokonfrans formatında təşkil edilmiş görüşdə rayonun Bədəlan kənd tam orta məktəbinin müxtəlif siniflərində təhsil alan şagirdləri iştirak ediblər.

“Tarixin dönüş nöqtəsi” adı altında keçirilmiş virtual tədbirdə ilk olaraq muzeyin direktoru Əntiqə Tağıyeva geniş mühazirə ilə çıxış edib. Mühazirədə milli qurtuluş gününün mahiyyəti haqqında şagirdlərə ətraflı məlumatlar verilib.

90-cı illərin əvvəllərində baş vermiş ictimai-siyası hadisələri tarixi-xronoloji ardıcıllıqla şərh edən Ə. Tağıyeva, hadisələr zamanı ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət və siyasi müdrikliyi xüsusi qeyd edib və bu sayədə xalqımız daha böyük bəlalardan xilas olunduğunu diqqətə çatdırıb. O, həmçinin Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında şagirdlərə ayrıca bəhs edib. Belə ki, ümummilli liderin ölkəyə rəhbərliyi dövrlər üzrə təhlil edilib, Ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətlər, örnək həyat hekayəsi və şəxsiyyəti haqqında söhbət açılıb.

Sonra şagirdlərlə mövzu ətrafında geniş diskusiya aparılıb.

Yekunda şagirdlər milli qurtuluş gününə və ümummilli liderə həsr olunmuş şeir parçaları səsləndiriblər.