Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Xalq Teatrının qurtuluş gününə həsr olunan virtual tamaşa-kompozisiyası keçirilib.

12.06.2020

İyunun 12-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının bir aktyorunun və məktəblilərin rol aldığı “O, Heydər Əliyevdir” adlı virtual tamaşa-kompozisiyası baş tutub. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan kompozisiyada ümummilli lider Heydər Əliyevin siyasi bacarıq və çevikliyi, örnək şəxsiyyəti, xalqına qarşı dərin sevgi və ehtiramı, yurd və vətən eşqi kimi mənəvi keyfiyyətləri bir aktyorun – teatrın baş rejissoru Cəmaləddin Əliyevin və məktəblilərin ifasında yüksək bədii ustalıqla virtual izləyicilərə təqdim edilib. Şeir formatında hazırlanmış virtual kompozisiya təxminən 13 dəqiqə davam edib.

Kompozisiyanın hazırlanmasında teatrın baş rejissoru C. Əliyev, istedadlı gənc aktyor Mərhəmət Lələyev, quruluşçu rəssam Elsevər Əliyev və texniki heyətlə yanaşı, məktəblilər də yaxından iştirak ediblər.

Tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Məlumat üçün bildirək ki, Masallı Xalq Teatrı regionun qabaqcıl teatr-mədəniyyət müəssisələrindən biridir. Teatrın sənət kollektivi dəfələrlə respublika miqyaslı festival və müsabiqələrdə iştirak edib, müxtəlif dərəcəli mükafatlara layiq görülüb. Teatrın repertuarında onlarla səhnə əsəri yer alır. Bu sıraya yerli ədiblərlə yanaşı, bir sıra əcnəbi dramaturqların pyesləri də daxildır.

Bir daha xatırladaq ki, karantin rejimilə əlaqədar olaraq ölkə üzrə bütün mədəniyyət müəssisələrinin fəaliyyətinə fasilə verildiyindən mədəni tədbirlər, o cümlədən teatr tamaşaları virtual qaydada izləyicilərə təqdim olunur. Bu baxımdan regionun digər teatr kollektivlərilə bərabər, Masallı Xalq Teatrının yaradıcı heyəti də öz tamaşaçı auditoriyası ilə onlayn vasitələrin köməyilə ünsiyyət qurur, sənət fəaliyyətlərini davam etdirirlər.