Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda 20 yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirildi

19.01.2018

         19.01.2018-ci il tarixdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəliyinin dəstəyi, Cəlilabad Dövlət Rəsm qalareyasının, Heydər  Əliyev və rayon Mədəniyyət Mərkəzlərinin, səhər 3 saylı klubunun birgə təşkilatçılığı ilə Şəhidlər Xiyabanı, Dövlət Rəsm Qalareyası və Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirildi. İlk öncə  Şəhidlər Xiyabanında  abidə önünə gül  dəstəsi  qoyan tədbir iştirakçıları, səhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhər 3 saylı klubun dərnəyi üzvləri tərəfindən səsləndirilən şerləri dinlədilər. Şəhidlər Xiyabanında mərasim bitdikdən sonra iştirakçılar Dövlət Rəsm Qalareyasında fəciəyə həsr olunmuş  rəsm sərgisi ilə  tanış  oldular. Sonda tədbir Heydər Əliyev Mərkəzində Dəyirmi Masa ətrafında davam etdirildi. Tədbirdə Cəlilabad rayonu üzrə Nümayəndə R.Salmanov, rayon İcra Hakimiyyətinin Nümayəndəsi V.Əsgərov,  "20 Yanvar Əlillər Cəmiyyəti"nin Cəlilabad rayonu üzrə rəhbəri, şəhid atası və 20 yanvar əlili Mirşamil Mürsəlov, Nümayəndəliyin struktur  bölmə rəhbərləri və digərləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Cəlilabad rayonu üzrə nümayəndə  R.Salmanov açaraq XX əsrin üzləşdiyi ən qanlı faciələrindən olan 20 yanvar hadisəsinin Azərbaycan xalqının öz azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  ilk qəhrəmanlıq səhifəsi kimi daxil olması barədə ətraflı məlumat verdi. Sonra söz rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərova və digər iştirakçılara verildi.