28.04.2020
Masallıda mədəniyyət işçilərilə yanaşı, mədəniyyət sahəsilə əlaqədar olan həmkarlar təşkilatı əməkdaşları da yaşlı, tənha ahıl, sosial dəstəyə ehtiyacı olan keçmiş mədəniyyət işçilərinə baş çəkir, qayğıları ilə maraqlanırlar.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Vəkil İsmailov və digər əməkdaşlar bu məqsədlə, rayonun Xırmandalı kənd sakini, yaşı 65-i ötmüş keçmiş mədəniyyət işçisi Südabə İbrahimovanı ziyarət edib, ona ərzaq məhsullarından ibarət sovqat aparıblar.
Qeyd edək ki, S. İbrahimova vaxtilə Xırmandalı kənd kitabxanasında müxtəlif vəzifələrdə çalışıb.