Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində pandemiya təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

26.04.2020

Məlum pandemiya təhlükəsilə əlaqədar olaraq mədəniyyət müəssisələrinin dezinfeksiya olunması və digər müvafiq tədbirlərin görülməsi vaxtaşırı təmin edilir.

Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri, o cümlədən rayon Mədəniyyət Mərkəzi və kənd filialları da bəhs olunan təxirəsalınmaz tədbirləri mütəmadi olaraq həyata keçirirlər.

Xatırladaq ki, müvafiq qurumların göstəriş və tövsiyələrinə əsasən region üzrə bütün mədəniyyət müəssisələrində bir neçə dəfə dezinfeksiya işləri aparılıb və analoji tədbirlər bundan sonra da davam etdiriləcəkdir.