Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unutmayaq!

22.04.2020

9 May - faşizm üzərində Qələbə Günü ərəfəsində Böyük Vətən Müharibəsi iştirakçılarını yad etmək, onlara qayğı və şəfqətlə yanaşmaq hamı kimi, mədəniyyət işçilərinin də vətəndaşlıq borcudur.

Bunları nəzərə alaraq, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da rayonun Hişkədərə kəndində yaşayan BVM iştirakçısı Oruc Bədəlovu ziyarət edib, ona ərzaq məhsullarından ibarət sovqat aparıb, qayğı və ehtiyacları ilə maraqlanıblar.

1925-ci ildə anadan olmuş O. Bədəlov, müharibə zamanı cəbhənin bir neçə istiqamətində düşmənlə döyüşmüş, qələbənin qazanılmasına öz töhfəsini vermişdir.