14.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, social baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Masallı rayon Xıl kənd sakini, 72 yaşlı Arzuman Rəhmətovu ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, A.Rəhmətov vaxtilə Masallı rayon Xıl kənd Mədəniyyət klubunun müdiri vəzifəsində çalışmışdır