12.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənhaahıl, social baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşlarıyaşlı Cəlilabad rayon Seyidbazar kənd sakini, 68 yaşlı Zakir Rəsulovu ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, Z.Rəsulov vaxtilə Cəlilabad rayon Seyidbazar kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır.