11.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənhaahıl, social baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları rayonun Ağakişibəyli kənd sakini, social dəstəyə ehtiyacı olan, 72 yaşlı Xavər Əsədovanı ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, Xavər Əsədova uzun müddət Masallı rayon Şərəfə kənd kitabxanasında işləmişdir.