11.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənhaahıl, social baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları rayonun Lürən kənd sakini, social dəstəyə ehtiyacı olan, Həqiqət Qurbanlvanı ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, H.Qurbanova uzun müddət Masallı rayon Lürən kənd kitabxanasında işləmişdir.