11.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına və bu qəbildən olan digər aztəminatlı ailələrə də baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonunda yerləşən mədəniyyət müəssisələrinin əməkdaşları sözü gedən rayonun Alar kəndində yaşayan aztəminatlı, sosial dəstəyə ehtiyacı olan ailəni ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.