10.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənhaahıl, social baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları rayonun Dəmirçi , sosial dəstəyə ehtiyac olan 69yaşlı Şövkət Səmədovanı ziyarət edib, ona zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, Ş. Səmədova Dəmirçi kənd mədəniyyət klubunda xadimə kimi fəaliyyət göstərib.