09.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Yardımlı rayonunda yaşayan, sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri, aztəminatlı ailələrə yardım kompaniyası çərçivəsində Yardımlı rayon Tarix Diyarşünaslıq Muzeyində xadimə müddət işləyən 57 yaşlı, Yardımlı rayon Ostair kənd sakini İradə Hüseynquluyevaya baş çəkmiş, ona bir sıra zəruri ərzaq məhsullarından ibarət yardım aparmışlar.