Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarəti edir.

07.04.2020

Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.

Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Yardımlı rayonunda yaşayan, sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri, aztəminatlı ailələrə yardım kompaniyası çərçivəsində Yardımlı rayon Mərkəzləşmiş Kitabxana Siistemində uzun müddət işləmiş 72 yaşlı, Yardımlı rayon sakini Malik Ataşova baş çəkmiş, ona bir sıra zəruri ərzaq məhsullarından ibarət yardım aparmışlar.