08.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Masallı rayonunda yaşayan, sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri, aztəminatlı ailələrə yardım kompaniyası çərçivəsində Masallı rayon Mədəniyyət Şöbəsinin məsləhətçisi olmuş 74 yaşlı, Masallı rayon Həsənli kənd sakini Adil Heydərova baş çəkmiş, ona bir sıra zəruri ərzaq məhsullarından ibarət yardım aparmışlar.