Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçilərinin keçmiş həmkarlarını ziyarəti davam edir.

08.04.2020

Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.

Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Cəlilabad rayonunda yaşayan, sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri, aztəminatlı ailələrə yardım kompaniyası çərçivəsində Cəlilabad rayon Ağusəm kənd kitabxana filialında işləmiş 65 yaşlı Lətifə Məmmədovaya baş çəkmiş, ona bir sıra zəruri ərzaq məhsullarından ibarət yardım aparmışlar.