07.04.2020
Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimində mədəniyyət işçiləri yaşı 65-i ötmüş, tənha ahıl, sosial baxımdan həssas qrupdan olan keçmiş həmkarlarına baş çəkir, qayğıları və sağlamlıqları ilə maraqlanırlar.
Bu məqsədlə Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları keçmiş kitabxanaçı həmkarları Südabə Məmmədovanı ziyarət edib, ona bir sıra zəruri ərzaq məhsullarından ibarət yardım aparıblar.
Qeyd edək ki, S. Məmmədova Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Kitabişləmə şöbəsinin müdiri vəzifəsində işləmişdir.