Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Regional Mədəniyyət İdarəsi virtual olaraq Yaz festivalı keçirir

07.04.2020

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual “Yaz festivalı” keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində ölkə üzrə onlayn mədəni tədbirlər, yaradıcılıq müsabiqələri davam etdirilir. Qeyd olunan təşəbbüs çərçivəsində Masallı Regional Mədəniyyət İdarəsi də bir-birindən maraqlı virtual müsabiqələr, mədəni tədbirlər keçirir və bu, artıq davamlı xarakter almaqdadır.
Bu baxımdan, növbəti virtual mədəniyyət müsabiqəsinə start verilir. Belə ki, aprel ayının 10-dan may ayının 10-dək Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Masallı, Cəlilabad və Yardımlı Rayon Mədəniyyət Mərkəzlərinin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual “Yaz festivalı” keçiriləcək.
Festivalın 3 istiqamət üzrə keçirilməsi nəzərdə tutulub:
1. Bədii qiraət;
2. Rəsm əsərləri (kətan və ya kağız üzərində, yağlı boya və ya akvarellə çəkilmiş);
3. Solo ifaçılığı (tək musiqi ifası).
Müsabiqədə 7 yaşdan 70 yaşadək olan vətəndaşlar iştirak edə bilər. Müsabiqə iştirakçılarının mədəni təqdimatları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaqdır.
Müsabiqədə 1, 2 və 3-cü yerləri tutacaq iştirakçılara Regional İdarənin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim ediləcəkdir.
Müsabiqə iştirakçılarına uğurlar arzu edirik!