Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət edir.

03.04.2020

Koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi olsa da, mövcud şəraitdə bir vaxtlar Masallı rayonunun mədəniyyət müəssisələrində çalışmış tənha yaşayan və sosial qayğıya ehtiyacı olan, yaşı 65-i ötmüş keçmiş mədəniyyət işçiləri unudulmur, onlara yerli mədəniyyət qurumları tərəfindən maddi yardım göstərilir.

Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları həssas sosial təbəqədən olan, yaşı 65-i ötmüş keçmiş mədəniyyət işçisi Jalə İsmiyevanı ziyarət etmiş, ona bir sıra zəruri ərzaq məhsulları aparmış, qayğıları ilə maraqlanmışlar.

Qeyd edək ki, J. İsmiyeva illər əvvəl Masallı Rayon Onbirillik İncəsənət Məktəbində tar ifaçılığı ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.