Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qan damlası sel oldu”

17.01.2020

17 yanvar 2020-ci il tarixində Masalli Tarix Diyarşünaslıq muzeyində 20 yanvar faciəsinin otuzuncu uldönümü ilə bağlı “Qan damlası sel oldu” mövzusunda tədbir keçirildi.Tədbirdə  DQİÜDK-nin Masallı bölməsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, şəhər 2 saylı məktəbin direktoru Mehriban Əzizova, “Asan xidmət”in “Könüllülər” qrupunun üzvləri,mədəniyyət işçiləri iştirak edirdilər.

 Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açıq elan etdi,və  şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ə. Tağıyeva 20 yanvar faciəsi ilə bağlı geniş məlumat verərək, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayətin  bəşəriyyətə,hümanizmə,insanlığa qarşı həyata keçirilimiş dəhşətli terror aktı olması, Ulu öndərimiz  Heydər Əliyevin Azərbaycanın Moskovadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi, ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət  verməsi barədə geniş danışdı.Tədbirdə Kamil Bağırov, Mehriban Əzizova, “Asan Xidmət”in  “Könüllülər” qrupunun üzvü Aygül Hüseynona  çıxış edərək bildirdilər ki, 20 yanvar faciəsi qan yaddaşımız həm də qürur mənbəyimizdir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu şərəfli tarix daim qəlbimizdə yaşayacaqdır.

  Tədbirin sonunda şəhər 2 saylı məktəbin şagirdlərinin ifasında 20 yanvar faciəsini özündə əks etdirən şerlər ifa edildi,muzeyin ekspozisiyasında nümayiş olunan foto - sərgiyə  baxış keçirildi.