16.01.2020
R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq muzeyi 16 yanvar tarixində Masallı Peşə Məktəbində 20 Yanvar facisinin otuzuncu ildönümü ilə bağlı “Azadlıq qəhrəmanları” mövzüsunda tədbir keçirmişdir. Masallı Peşə Məktəbinin direktoru giriş sözü ilə tədbiri açıq elan etdi şəhidlərin ruhu bir dəqıqəlik sükütla yad edildı .Sonra muzeyin direktoru Tağıyeva 20 yanvarla bağlı tələbələrə ətraflı məlumat verdi. Bildirdi ki, 20 yanvar Azərbaycan xalqının 20 əsrdə yaşadığı faciələrdən biri olduğunu,eyni zamanda, 20 yanvar faciəsi Azərbaycanın bugüngü və gələcəkdə böyüyən nəsilləri üçün şərəf və qəhrəmanlıq nümunəsi olduğunu soylədi. Daha sonra, muzeyin bələdçisi İlkin Şabanzadə 20 yanvar faciəsi ilə bağlı mühazirə oxudu. Muzey işçiləri tərəfindən mövzu ilə bağlı hazırlanmış foto və sənədlərdən ibarət sərgiyə baxış keçirildi.