Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mədəniyyət Mərkəzində silsilə yeni il şənlikləri

02.01.2020

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində “Gəlin həmrəy olaq” adı altında silsilə konsert proqramları davam edir. Bu ilin yanvar ayının 2-dən başlanan tədbir yanvarın 5-dək davam edəcəkdir. Konsertdə rayon Mədəniyyət Mərkəzinin solistləri rayon mərkəzi və kənd məktəblərinin şagirdləri üçün maraqlı, rəngarəng və bayram əhval-ruhiyyəli musiqi nömrələri ilə çıxışlar edirlər. Şaxta Baba, Qar Qız uşaqlara hədiyyələr paylayaraq onların sevincinə qoşulurlar.