Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad MKS-də Dünya Azərbaycanlılarının həmrəylik günü qeyd olundu

27.12.2019

27 dekabr 2019-cu il tarixdə Mərkəzi kitabxanada 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il  münasibətilə tədbir  keçirildi. Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin direktor müavini Vüqar Cavadov, Ombudsman aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon “Həməşərə” ansamblının bədii rəhbəri  Ədalət Məmmədov,  müğənni  Əlibaba Əliyev, ADPU Cəlilabad filialının tələbələri Anar Tağızadə, Məryəm Novruzova və başqaları, 2 saylı tam orta məktəbin müəlliməsi Xədicə Salmanova, 2 saylı tam orta, 8 saylı məktəb liseyin şagirdləri, Uşaq incəsənət məktəbinin tələbəsi Yunus Məmmədov, 2 saylı tam orta məktəbin X sinif şagirdi Vüsalə Quliyeva  iştirak edirdilər. Şənlikdə iştirak edən  qonaqlar çıxış edərək tamaşaçıları bayram münasibətilə təbrik etdilər. ADPU-nin tələbələrinin ifasında nümayiş etdirilən yumoristik səhnəciklər,müğənnilərin ifa etdiyi rəngarəng musiqi nömrələri, şagirdlərin ifasında səslənən şeirlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Şaxta baba ilə Qar qızın  gəlişi şənliyə xüsusi rövnəq verdi.