Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həmrəylik Gününüz Mübarək!

25.12.2019

25  dekabr  2019-cu il tarixində Masallı Tarix Diyarşünaslıq Muzeyində  Tarix Diyarşünaslıq Muzeyinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “ Gəlin həmrəy olaq” mövzusunda   tədbir keçirildi. Tədbirdə  Günərzi Qayğı Mərkəzinin uşaqları və rayon məktəbliləri  iştirak edirdilər. Tədbiri Muzeyin direktoru Ə.Tağıyeva açaraq uşaqları Dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıda gələn 2020-ci il yeni il münasibətilə təbrik edib,fidan balaların aydın səma altında yaşamaqlarını arzulayıb.Sonra Tağıyeva tədbiri    aparmağı uşaqların  ixtiyarına   verdi. Tədbir zamanı UGİM-nin  dərnək üzvlərinin      bayram əhval ruhiyəli rəngarəng  rəqs, musiqi ,və ritm qrupunun  çıxışları  dinlənildi. Şaxta babanın gəlişi i  uşaqları çox sevindirdi.Tədbirdə  Seybətin orta məktəbinin istidadlı məktəblilərinə AYB-nin üzvü,Qızıl qələm mükafatı laureatı Sevinc Xanım Əliyevanın diplomları təqdim edildi. Tədbirin sonunda UGİM –nin direktoru Əsmər xanım,GQM-nin direktoru Aybəniz xanım uşaqları bayram münasibətilə təbrik edib ,onlara ürək arzularını bildirdilər və uşaqlara hədiyələr təqdim olundu. Təşkilatı dəstəyə görə “ Masallının Səsi” İctimai İnternet Qəzetinin Baş Redaktoru Mərhəmət Lələyevə dərin minnətdarlığımızı bildiririk.