18.12.2019
18 dekabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında rayon ümumtəhsil məktəblərinin yeni təyin olunmuş kitabxanaçıları üçün praktik məşğələ keçirildi. Mərkəzi kitabxananın direktoru Əlhəddin Nəzərov giriş nitqi ilə çıxış edərək kitabxananın il ərzində gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Masallı RTŞ-nin metodisti Minəvyar Əzimova ümumtəhsil müəssisələrində kitabxana işinin təşkili, kitabxana işinin səviyyəsinin yüksəldilməsi, kitabxanaçıların təlim –tərbiyə prosesində fəal iştirak etməsinin əhəmiyyəti, kitabxanaçıların vəzifə borcları barədə danışdı. O, çıxışında Azərbaycan Respublikasının Kitabxana işi haqqında qanunu, Təhsil nazirliyinin əmr və təlimat məktubları əsasında şagirdlərdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsi sahəsində kitabxana işçilərinin əvəzolunmaz rolu olduğunu bildirdi. M.Əzimova və Mərkəzi kitabxananın işçiləri məktəb kitabxanalarına daxil olan kitabların texniki və elmi cəhətdən işlənməsi barədə praktik tövsiyələr verdi. Məşğələnin iştirakçılarına kitabxana işinə dair metodik vəsaitlər təqdim edildi.Tədbir daha sonra Rayon Tarix-Diyarşünaslıq Muzeyində davam etdirildi.