Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü

14.12.2019

14 dekabr 2019-cu il tarixdə şəhər Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun fəal gənclər və ağsaqqallarla görüşü olmuşdur.Rayon rəhbəri rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla  görüşməyin çox xoş olduğunu bildirərək qeyd etmişdir ki, Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.

Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, görülən bütün yaxşı işlər, abadlıq-quruculuq işləri, uşaqların təhsili sahəsində uğurlar, təmizlik işləri bundan sonra da davam etdiriləcək. Təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən rayonun fəal gəncləri və ağsaqqalları Masallının inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqları yerinə yetirmək işində  rayon rəhbərinə uğurlar arzuladılar.

Ümumrayon tədbirində yaşlı nəslin nümayəndələri və gənclər əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər.