12.12.2019
12 dekabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Mərkəzi Kitabxana və kənd filiallarının işçiləri iştirak edirdilər.Tədbirdə kitabxana direktoru Əlhəddin Nəzərov çıxış edərək bildirdi ki, böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş, zəngin siyasi təcrübəyə malik olan dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyətli tarixi vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir. Azərbaycan xalqı özünün xoşbətliyi və firavan həyatı yolunda ulu öndərin misilsiz xidmətlərini unutmur, onun əziz xatirəsini hər zaman dərin hörmət hissi ilə yad edir.